Xəbər lenti

Bu Ukrayna əraziləri Rusiyaya birləşməyə hazırlaşır, Kreml “xəbərsizdir”
Dünya11:41 14.07.2022

Bu Ukrayna əraziləri Rusiyaya birləşməyə hazırlaşır, Kreml “xəbərsizdir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın qismən Moskvanın nəzarətində olan bölgəsində Rusiya tərəfindən təyin edilmiş məmurlar sentyabrda Rusiyaya birləşmək üçün referendum keçirməyi planlaşdırır.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə RİA Novosti agentliyi yerli rəsminin sözlərinə əsasən yazır.
Ukraynanın cənubunda işğal olunmuş Zaporojiya mülki-hərbi administrasiyasının rəhbəri bildirib ki, birləşmə ilə bağlı səsvermə payızın əvvəlində keçiriləcək. "Təxmini tarix sentyabrın birinci yarısıdır", - RİA Novosti Vladimir Roqovdan sitat gətirib.
"İnsanların hazırlıq səviyyəsini və iştirakını başa düşəndən sonra tarixi açıqlayacağıq", - Roqov deyib.
Rusiyanın dəstəklədiyi qüvvələr Ukraynanın cənub sahilləri boyunca Zaporojiya bölgəsinin əksəriyyətini ələ keçiriblər, lakin Ukrayna ordusu hələ də bölgənin şimal hissəsinə, o cümlədən ən böyük şəhər mərkəzi olan Zaporojiya şəhərinə nəzarət edir. 
Rusiyanın işğal olunmuş Xerson vilayətindəki qüvvələri də bu ilin sonunda Rusiyaya birləşmək üçün referendum keçirməyi planlaşdırır.
Kreml səsvermə məsələsinin bölgə rəsmilərinin öz işi olduğunu bildirib və qurumların Rusiyaya qoşulma perspektivini şərh etməyib.
Nurlan Hüseynov