Qaynar.info ilginc və maraqlı məlumatları təddim edir:
* ABŞ və İngiltərə inkişaf etmiş ölkələr arasında ən yüksək erkən hamiləlik səviyyəsinə sahibdir.
* Hər il 120 min qadın və ya gənc qız Qərbi Avropaya satılır.
* Braziliyadakı reklam qadınlarının sayı orduda xilmət edən əsgərlərdən çoxdur.
* Bir yapon qadını orta hesabla 84, Botsvana qadını isə cəmi 39 il yaşayır.
* 70-dən artıq ölkədə eynicinsili insanların münasibəti yasaqdır. 9 ölkədə isə bunun cəzası ölümdür.
* 1 ildə 13,2 milyon amerikalı estetik əməliyyat etdirir.
* Yeni Zellandiyadan İngiltərəyə təyyarə ilə gətirilən bir kivi atmosferə öz çəkisindən 5 dəfə artıq karbon qazının buraxılmasına səbəb olur.
* Dünya əhalisinin 20 faizi gündəlik 1 dollardan az gəlirlə yaşayır.
* ABŞ-da qaradərili kişilərin həbsxanaya düşmək ehtimalı 33 faizdir.
* Hər il 10 dil ölür.
* Dünyada 36 milyon kölə var.
* İntiharla ölənlərin sayı müharibələrdən ölənlərdən daha çoxdur.
* Amerikalılar zibil qutusuna hər saatda 2,5 milyon plastik şüşə atır. Yəni hər 3 həftədən bir Aya çatmağa yetəcək uzunluqda butulka yığılır.
* Siqaret çəkənlərin 82 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.
* Hər il 2 milyon qadın sünnət edilir.
* Afrikada 30 milyon insan SPİD xəstəsidir.
* Dünyada hər gün 800 milyon insan ac qalır.
* İngiltərədəki supermarketlər müştəriləri haqqında hökumətdən daha çox bilgiyə sahibdir.
* Dünyanın 1/3-də müharibə vəziyyəti hökm sürür.
* Rusiyada hər il 12 mindən artıq qadın ailədaxili münaqişələrə qurban gedir.
* Hindistanda 44 milyon uşaq işçi var.
* ABŞ-ın BMT-yə 1 milyard dollardan artıq borcu var.
* Motorlu maşınlar dəqiqədə 2 insan öldürür.
Qaynar.info