Mixail Saakaşvilinin Ukraynanın İslahatlar Komitəsinin sədri təyin olunması Moskva ilə Kiyev arasında münasibətləri yaxşılaşdırmayacaq.
Qaynarinfo xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin keçmiş sədri, müxalif "Vahid gürcüstan - Demokratik Hərəkatı” partiyasının lideri Nino Burcanadze deyib.
"Saakaşvilinin təyinatı Rusiya-Ukrayna münasibətlərinə yaxşı heç nə gətirməyəcək, çünki onun əsas təlimi anti-Rusiya kartıdır. Yeni mövqeyində o, Qərbin gözü qarşısında xal toplamaq üçün hər şeyi edəcək. Bunun üçün o, Rusiya və Putini təhqir edəcək, yəqin ki, yenidən aranı qızışdıracaq", -
Burcanadze "İzvestiya" qəzetinə açıqlamasında bildirib.
Alpər