ABŞ-ın sabiq prezidenti Corc Herbert Volker Buş xəstəxanaya yerləşdirilib.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, 93 yaşlı Buşun vəziyyəti həyat yoldaşı Barbara Buşun dəfn mərasimindən sonra pisləşib. Onun qanında infeksiya aşkar edilib. Buş ailəsinin sözçüsü Cim Makqraszın sözlərinə görə, Herbert Buşun vəziyyəti yaxşılaşır və onun orqanizmi müalicəyə cavab verib.
Məlumata görə, aşkar edilən infeksiya qan zəhərlənməsinə, ölümə səbəb ola bilərdi. Sabiq prezidentin qan təzyiqi bir neçə dəfə kəskin aşağı düşüb, lakin hazırda vəziyyəti stabildir.
Qeyd edək ki, Barbara Buş ötən həftə Corc Herbert Volker Buşla 73 illik ailə həyatından sonra dünyasını dəyişib.
Gülşən