Xəbər lenti

Buşəhrdə neftçilər, Qərbi Azərbaycanda qəssablar etiraza qalxdı - İranda proseslər nəzarətdən çıxır
Dünya13:10 12.10.2022

Buşəhrdə neftçilər, Qərbi Azərbaycanda qəssablar etiraza qalxdı - İranda proseslər nəzarətdən çıxır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda Buşəhr Neft-Kimya Kompleksinin işçiləri etiraza qalxıb. 
Qaynarinfo İRNA mənbələrinə istinadən xəbər verir ki, aksiya 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlıdır.
Məhsa Əmini sentyabrı 13-də əxlaq polisi tərəfindən saxlanılıb. Sentyabrın 16-da isə dünyasını dəyişib. İddialara görə, Məhsa Əmini polis bölməsində döyülərək öldürülüb. Hadisədən sonra İranda etiraz aksiyaları başlayıb.
Hökumət qüvvələrinin repressiv və zorakı davranışlarına baxmayaraq aksiyalar davam edir. Bir neçə gün əvvəl İranın neft-qaz sənayesinin işçilərinin aksiyalara dəstək verdiyi məlumat verilmişdi. Həmin məlumatda yaxın vaxtlarda neft-qaz sənayesinin bütün işçilərinin tətil elan edəcəyi vurğulanırdı.
Buşəhr Neft-Kimya Kompleksində çalışanların da aksiyaya çıxması artıq İranda proseslərin nəzarətdən çıxdığını göstərir.
Məlumatlarda qeyd edilir ki, işçilər Məhsa Əminin ölümü ilə bağlı keçirilən aksiyaları dəstəkləməklə yanaşı, həbs edilənlərin də tezliklə azadlığa bnuraxılmasını tələb ediblər. 
Buşəhr Tehranın 1281 kilometrliyində, Fars körfəzinin sahilində yerləşir. Buşəhr İranın ən əhəmiyyətli limanı şəhəri hesab edilir. Eyni zamanda ölkənin balıqçılıq mərkəzi kimi tanınır. Buşəhrdə sənaye müəssisələri çoxdur və ehtimal olunur ki, yaxın vaxtlarda onlarda etiraza qalxacaq. Ekspertlərin fikrincə, Buşəhrdə aksiyalar davamlı olacağı və digər sənaye müəssisələrinin də etirazlara dəstək verəcəyi təqdirdə onsuz da ağır vəziyyətdə olan İran iqtisadiyyatına sarsıdıcı zərbə olacaq.
Bu arada İranın Qərbi Azərbaycan bölgəsində qəssabların tətil etdiyi məlum olub. Onlar Məhsa Əmininin ölümü ilə bağlı aksiyalara dəstək nümayiş etdirmək üçün dükanlarını qapadıblar. 
Seyid