Əlcəzair prezidenti Əbdüləziz Buteflika istefa verəcəyi tarixi açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ölkə prezidenti vəzifə müddətinin başa çatdığı 28 aprel tarixindən öncə istefasını təqdim edəcək. Bu qərardan əvvəl dövlət orqanlarının fəaliyyətini davam etdirə bilməsi üçün bəzi addımlar atılacaq.
Əbdüləziz Buteflika 11 martda prezident seçkilərinə namizədliyini geri çəkmiş, 18 aprelə planlaşdırılan seçkiləri ləğv etmiş, hökumətdə dəyişikliklər barədə qərar qəbul etmişdi.
Qeyd edək ki, Əlcəzairdə bir müddətdir rəhbərlik əleyhinə etirazlar davam edir və səhhəti səbəbilə vəzifəsini icra edə bilməyən Buteflikanın istefası tələb edilir.
Gülşən