Xəbər lenti

Bütünlüklə tullantılardan inşa edilən bar - FOTOLAR
Dünya10:52 15.11.2016

Bütünlüklə tullantılardan inşa edilən bar - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu cür layihələr dünyanın diqqətini ekoloji mövzulara yönəltmək üçün olduqca vacibdir.

Leonardo DiCaprio “Before The Flood“ adlı sənədli filmi ilə insanların diqqətini ekoloji mövzulara çəkməyə çalışdığı bir vaxtda, Yaponiyada yerləşən balaca bir şəhər olan Kamikatsu da bu həssas mövzuda təqdirəlayiq bir addım atıb. Belə ki, şəhərdə tikilən Kamikatz Barı tamamilə yenidən işlənmiş tullantılardan tikilib və sıfır sərfiyyata başa gəlib.

Dizaynı memar Hiroshi Nakamura və NAP tərəfindən verilən bu obyekt artıq bir neçə nüfuzlu mükafata layiq görülüb. Bu cür tikintilərin həyata keçirilməsi insanlarda yenidən işlənmə materiallarla çox iş görə biləcəklərinə dair əminlik yaratmaq mövzusunda olduqca vacibdir.

Pahoo.az sizə həmin qeyri-adi tikilinin fotolarını da təqdim edir. (pahoo.az)

Qaynarinfo.Az