Xəbər lenti

BVF: Rusiya qaz embarqosu Mərkəzi Avropa üçün ağır nəticələr doğura bilər
Dünya06:16 20.07.2022

BVF: Rusiya qaz embarqosu Mərkəzi Avropa üçün ağır nəticələr doğura bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya təbii qaz embarqosu Macarıstan, Slovakiya, Çexiya və İtaliyada dərin tənəzzülə səbəb ola bilər.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu bildirib. 
BVF bildirib ki, Mərkəzi Avropa ölkələri alternativ tədarükləri bölüşmək üçün daha çox əməkdaşlıq edə bilməsələr, Rusiyanın təbii qaz embarqosu Macarıstan, Slovakiya, Çexiya və İtaliyada dərin tənəzzülə səbəb ola bilər.
BVF-nin tədqiqatçıları bloq yazısında bildiriblər ki, Rusiya qazının tamamilə kəsilməsi halında bəzi ölkələr normal qaz istehlakının 40 faizi qədər qıtlıqla üzləşə bilər.
Belə bir embarqodan ən çox iqtisadi zərər çəkən ümumi daxili məhsulun 6 faizdən çox azalması ilə Macarıstan olacaq.
Alternativ qaz tədarüklərinin, o cümlədən mayeləşdirilmiş təbii qazın ehtiyac duyulan yerə sərbəst axmasına maneçilik olarsa, Slovakiya, Çexiya və İtaliyanın ÜDM-si 5 faiz azala bilər.
BVF tədqiqatçıları bildiriblər ki, Avropa infrastrukturu və qlobal təchizat 2021-ci ilin iyun ayından etibarən Rusiya qazının tədarüklərində 60 faiz azalmanın öhdəsindən hələ ki gələ bilib. Onlar həmçinin qeyd edir ki, bu ilin birinci rübündə ümumi qaz istehlakı əvvəlki illə müqayisədə 9 faiz azalıb.
"Bizim işimiz göstərir ki, qısa müddətdə Rusiya qazının 70 faizədək azaldılması əvvəllər yüksək qiymətlər səbəbindən azalan tələbi nəzərə almaqla alternativ təchizat və enerji mənbələrinə çıxış yolu ilə və idarə oluna bilər", - tədqiqatçılar bildiriblər.
Nurlan Hüseynov