Xəbər lenti

Böyük itkilərinə baxmayaraq, düşmən Kiyevi ələ keçirməyə çalışır - USQ
Dünya14:08 28.02.2022

Böyük itkilərinə baxmayaraq, düşmən Kiyevi ələ keçirməyə çalışır - USQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edir ki, əhəmiyyətli itkilərə baxmayaraq, düşmən öz əsas məqsədindən - Kiyev üzərində nəzarəti ələ keçirməkdən əl çəkmir.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook səhifəsində məlumat yayılıb.
"Əhəmiyyətli itkilərə və müəyyən istiqamətlərdə hücumun ləngiməsinə baxmayaraq, düşmən öz əsas məqsədindən - Kiyev üzərində nəzarəti ələ keçirməkdən əl çəkmir. Paytaxtın müdafiə qüvvələri düşmənə qarşı mübarizə tədbirləri görüb", - qeyddə deyilir.
Bildirilir ki, düşmən Polesidə xeyli itki verib və Rusiya Hava Desant Qüvvələrindən istifadə etməklə itkilərini artırmağa çalışır.
Severski istiqamətində düşmən yenidən qruplaşmanı başa çatdırıb və Çerniqov - Kiyev istiqamətində hücumu davam etdirməyə çalışır. Xomutovka, Qluxov və Baturin rayonlarında üç batalyon taktiki qrupunun fəaliyyəti dayandırılıb.
Şimal Donanmasının 14-cü Ordu Korpusunun Sumi - Axtırka - Poltava xəttindəki motoatıcı bölməsi xeyli itki verdi və hücum potensialını itirdi.
Slobojansk istiqamətində düşmən dayandırıldı.
Donetsk əməliyyat bölgəsində düşmənin 1 və 2 AK qüvvələri Rusiya silahlı qüvvələrinin artilleriya dəstəyi ilə hücum əməliyyatları keçirməyə çalışır.
"İşğalçı Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə daxil olmaq məqsədinə nail olmayıb", - məlumatda deyilir.
Tavri istiqamətində düşmən yenidən qruplaşdıqdan sonra Nikolayevə qarşı hücum təşkil etməyə çalışır və Mariupol bölgəsinə amfibiya hücumu etmək cəhdlərindən əl çəkmir. Ukrayna Silahlı Qüvvələri sərhədləri qoruyur.
"Ukrayna Dəniz Donanmasının müxtəlif növlü qüvvələrinin qruplaşması Qara dənizin cənub-qərb hissəsində döyüş əməliyyatlarını davam etdirir. Onlar Odessa, Yujnı, Oçakov, Çernomorsk bazalarını və limanlarını dənizdən müdafiə edir", - qeyddə deyilir.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması bütün Ukrayna ərazisində qoşunların əməliyyat qruplarının bölmələri və hərbi hissələri üçün hava mühafizəsini təmin edir.
Alpər