Xəbər lenti

Böyük savaş başlaya bilər
Dünya19:13 22.01.2015

Böyük savaş başlaya bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaxın vaxtlarda Rusiya ordusu Ukraynaya hücuma keçə bilər.

Qaynar.info ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov deyib.

Turçinov hesab edir ki, Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin son günlər ərzində Donetsk yaxınlığında sərhədə cəmləşdirməsi ondan xəbər verir ki, rəsmi Moskvanın yaxın günlərdə iri miqyaslı hücüm əməliyatlarını planlaşdırır.

Donetsk aeroportunun ətrafında vəziyyətin gərgin olaraq qaldığını deyən Turçinov bildirib ki, aeroportda yeni terminal tamamilə məhv edilib: "Amma bizim silahlı qüvvələrimiz Peski məntəqəsi ərazisində öz mövqelərini möhkəmləndirib və düşmənə çox güclü zərbələr vurub”.

Onun sözlərinə görə, kommunikasiya və nəqliyyatın məhv edilməsi faktiki olaraq zirehli texnikanı aerodroma tez gətirilməsinə imkan vermir.

Qaynar.info