Fransa və Yaponiyanın mütəxəssisləri 2020-ci ilin mayında Böyük Səhrada kəşf edilmiş bir meteoriti araşdırdıqdan sonra Yerin Günəş sistemində meydana gəlməsindən əvvəl protoplanetdən ayrıldığı qənaətinə gəliblər.
Qaynarinfo xəbər verir ki, alimlər nadir meteorit növü olan akondritlərə aid 32 kiloqram ağırlığında bir nümunəni araşdırıb. Mütəxəssislərin fikrincə, meteoritin yaşı 4 milyard 565 milyon ildir, qopduğu kosmik cisim isə həmin hadisədən də bir milyon il əvvəl yaranmış bir protoplanet olub.
Xatırladaq ki, Yer kürəsinin 4,54 milyard yaşı var.
Tədqiqat "Proceedings of the National Science Academy” jurnalında dərc edilib.
Alpər