Xəbər lenti

Öcalanın deputat olan bacısı qızı saxlanıldı
Dünya16:50 07.02.2017

Öcalanın deputat olan bacısı qızı saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə parlamentinin üzvü, Xalqların Demokratik Partiyasının deputatı Dilək Öcalan saxlanılıb.

Lent.az-ın  xəbərinə görə, Şanlıurfadan deputat seçilmiş D.Öcalan İstanbulda saxlanılıb.

Qeyd edək ki, Dilək Öcalan PKK terror təşkilatının həbsdə olan başçısı Abdullah Öcalanın bacısı Fatma Öcalanın qızıdır.

Xatırladaq ki, Dilek Öcalan yanvarın axırlarında Moskvada rəsmi səfərdə olub. Orada o, Rusiya siyasətçiləri və kürd siyasi fəalları ilə görüşüb.

Onu da qeyd edək ki, Türkiyə hakimiyyəti onu terrorizmin təbliğində günahlandırır.

Qaynarinfo.Az