Xəbər lenti

Öcalanın qardaşından şok açıqlama - "Çevriliş hazırlanır"
Dünya08:22 20.08.2014

Öcalanın qardaşından şok açıqlama - "Çevriliş hazırlanır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"PKK Ərdoğana qarşı çevriliş planı hazırlayır"

PKK  lideri Abdullah Öcalanın  qardaşı  Osman Öcalan  sensasion açıqlamaları ilə yadda qalıb.

Avropa.info xəbər verir ki, Öcalan  türklərlə kürdlər arasında  barışı istəməyən qüvvələrin  yeni prezident seçilmiş Rəcəb Tayyib Ərdoğana qarşı  çevriliş planı hazırladıqlarını deyib. O, bu planda bəzi  PKK təmsilçilərinin də yer aldığını söyləyib. 

"Türkiyədə dəyişimi Ərdoğan etdi. Mən inanıram ki, prezident olan Tayyib bəy böyük sorunları çözə biləcək.  Türkiyənin yüzdə əllisinin səsini alan bir lider fəaliyyətini davam etdirir. Barışa qarşı olanlar Ərdoğana qarşı çevriliş etmək istədilər. Ancaq Türkiyə bunları aşdı. Lakin yenə belə bir təhlükə  var. Kürdlər içində də barışa qarşı olanlar var. Biz barışa həmişəkindən daha çox yaxınıq".

Qaynar.info