Xəbər lenti

Camalaya "xalq artisti" adı verildi - Poroşenkodan sərəncam
Dünya18:13 16.05.2016

Camalaya "xalq artisti" adı verildi - Poroşenkodan sərəncam

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident Petro Poroşenko “Eurovision-2016” musiqi müsabiqəsinin qalibi Camalaya “Ukraynanın xalq artisti” adı verib.
APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko bildirib.
Bundan əvvəl P. Poroşenko Camalanı “Eurovision-2016” mahnı müsabiqəsində qalib gəlməsi münasibəti ilə təbrik etmişdi. “Möhtəşəm çıxış və qələbə! Camala, bütün Ukrayna  sənə ürəkdən minnətdarlığını bildirir!”, -deyə Poroşenko səhifəsində paylaşıb. 
Qeyd edək ki, Ukrayna təmsilçisi xalla “Eurovision 2016” mahnı müsabiqənin qalibi olub.  
Qaynarinfo.az