Xəbər lenti

Canlı bomba İstanbulu qana boyadı: 5 ölü, 36 yaralı - YENİLƏNİB-VİDEO
Dünya11:55 19.03.2016

Canlı bomba İstanbulu qana boyadı: 5 ölü, 36 yaralı - YENİLƏNİB-VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstanbulun İstiqlal küçəsində partlayış baş verib. Qaynar.info Türkiyə mediasına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 13.00-da güclü partlayış olub.
İlkin məlumatlara görə, partlayış nəticəsində iki nəfər həlak olub. Hadisə şahidləri 15 nəfərin yaralı olduğunu və onların xəstəxanaya aparıldığını bildirib. Onlardan 3-nün vəziyyəti ağırdı.
Hazırda küçəyə giriş-çıxış bağlanıb. Küçənin üzərindən isə helikopterlər uçur. 
"CNN Türk"ün son dəqiqə xəbərinə görə, partlayışa səbəb canlı bomba olub. Hadisə şahidləri canlı bombanın özünü partlatdığını bildirib.
* *  *
İstanbul valisi Vasip Sahin ölü sayının 5-ə çatdığını açıqlayıb. Vali həmçinin terror aktının canlı bomba tərəfindən törədildiyini bildirib. Ölənlərdən birinin canlı bomba olduğu deyilir.
*  *  *
"CNN Türk"ün məlumatına görə, canlı bomba hədəfinə çatmayıb. Belə ki, terrorçu yolda gedərkən üzərinə bərkidilmiş bomba partlayıb. Bu səbəbdən o, hədəfə çata bilməyib. Hazırda polis əsas hədəfi müəyyənləşdirməyə çalışır.
*  *  *
Türkiyə Radio və Televiziya Üst Qurumu (RTÜK) terror aksiyası ilə bağlı yayım yasağı qoyub. Yasaq müvəqqəti xarakter daşıyır. Televiziyalara olay yerini açıq şəkildə göstərən kadrları, hadisə anını, yaralıların və cənazələrin daşınmasını göstərmək qadağan edilib.
*  *  *
Türkiyənin səhiyyə naziri Mehmet Müzezzinoğlu olay nəticəsində 5 nəfərin öldüyünü açıqlayıb. Onlardan 4-ü olay yerində, biri xəstəxanada vəfat edib. Nazir ölənlərdən birinin canlı bomba olduğunu bildirib.
Mehmet Müzezzinoğlu yaralılarla bağlı da açıqlama verib. Bildirib ki, 36 nəfər olay nəticəsində xəsarət alıb, onlardan 7-sinin vəziyyəti ağırdır, 4 nəfər əməliyyat olunub. Yaralılardan 12-si xarici ölkə vətəndaşıdı.
*  *  *
"Reuters" agentliyinə danışan türk rəsmilərdən birinin terror aksiyasının PKK tərəfindən həyata keçirildiyini bildirib: "Araşdırmalar davam edir. İlkin ehtimala görə partlayışı PKK və ya onlara bağlı təşkilatlardan biri həyata keçirib".
Qaynar.info