Ölkə 12:42 13.02.2024

Cavanşir Quliyevin son vəziyyəti açıqlandı

"Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin vəziyyəti yaxşıdır”.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə onun yaxın dostu Ramiz Mirzəyev məlumat verib.

R.Mirzəyev Cavanşir Quliyevin əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini bildirib.

Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də halı pisləşib. İstanbulda dərhal xəstəxanaya yerləşdirilib. Beyninə qan sızdığı deyilib. Bəstəkarın ilk günlərdə vəziyyəti ağır olub.

Bəstəkar Cavanşir Quliyevin müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək verilir. Ötən gün əməliyyat olunub. Əməliyyatı uğurlu keçib.