Xəbər lenti

Çavuşoğludan Bürüsseldə önəmli açıqlamalar
Dünya07:18 06.04.2023

Çavuşoğludan Bürüsseldə önəmli açıqlamalar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Ukraynada ən yaxın vaxtda atəşkəsin tərəfdarıdır. Bu gün biz yeni qan tökülməsinə səbəb olacaq yaz hücumuna hazırlıqların şahidi oluruq və bu bizi narahat edir. 
Qaynarinfo Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü Brüsseldə NATO xarici işlər nazirlərinin iclası çərçivəsində brifinq zamanı deyib.
Onun sözlərinə görə, Ankara Rusiya Federasiyası və Ukrayna ilə münasibətlərdə həmişə balanslaşdırılmış siyasətə riayət edib.
Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 6 aprel cümə axşamı günü Ankaraya planlaşdırılan səfərinə diqqət çəkib. "Digər məsələlərlə bəbaər Ukrayna məsələsi danışıqların gündəliyindədir, xüsusən də Taxıl Təşəbbüsünün uzadılması. Etiraf etmək lazımdır ki, Rusiya taxılının və gübrələrinin ixracında, o cümlədən gəmi sığortası və bank köçürmələri ilə bağlı problemlər hələ də qalmaqdadır. Məsələ BMT, ABŞ və Böyük Britaniya ilə müzakirə olunur”, - deyə türkiyəli nazir bildirib.
Çavuşoğlu əlavə edib ki, o, ukraynalı həmkarı Dmitri Kulebanı da Türkiyəyə dəvət edib.
Nazir daha sonra qeyd edib ki, Lavrovla danışıqların digər mövzusu Suriya olacaq. "Moskvada Suriya üzrə dördtərəfli görüş xarici işlər nazirləri səviyyəsində görüşə hazırlıq məqsədi daşıyır. Biz Rusiya tərəfdən dəvət gözləyirik”.
Daha sonra Türkiyə diplomatiyasının rəhbəri Təl-Əvivin İslam ziyarətgahı – işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidi ərazisində hərəkətləri səbəbindən növbəti gərginliyin qeydə alındığı Yaxın Şərqdəki vəziyyətə toxunub. "İsrail fələstinlilərə qarşı qanunsuz hərəkətlərini dərhal dayandırmalıdır. Bu, Yaxın Şərqdə gərginliyin artmasına gətirib çıxarır ki, bu da qəbuledilməzdir”, - deyə türkiyəli nazir vurğulayıb.
Çavuşoğlu qeyd edib ki, Türkiyənin İsraillə münasibətlərinin normallaşması prosesi Ankaranın Fələstin xalqının qanuni maraqlarına məhəl qoymaması anlamına gəlmir.
İsveçin NATO-ya daxil olmasına Ankaranın münasibətinə gəlincə, Çavuşoğlu qeyd edib ki, Skandinaviya ölkəsində PKK terrorçuları və onların əlaltıları hələ də fəaliyyət göstərirlər. "İsveçdə terrorçuların ehtiyacları üçün təbliğat aparılır və pul yığılır. Ankara yaraqlıların ekstradisiyası üçün Stokholmdan real addımlar gözləyir”, - o vurğulayıb.
"Bizim mövqeyimiz son dərəcə aydındır. Türkiyə hər zaman NATO-nun açıq qapı siyasətini dəstəkləyib. Bununla belə, İsveç cinayətkarlıqla mübarizədə daha çox addım atmalıdır”, - deyə o davam edib.
Çavuşoğlu sonda bildirib ki, Misirin xarici işlər naziri Sameh Şükrinin müsəlmanların müqəddəs Ramazan ayının sonuna qədər Türkiyəyə səfəri ilə bağlı prinsipial razılıq əldə olunub.
Alpər