Xəbər lenti

Cəlalabadda seçki məntəqəsinə terror hücum: 6 nəfər yaralandı
Dünya13:33 29.04.2018

Cəlalabadda seçki məntəqəsinə terror hücum: 6 nəfər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfqanıstanın şərqində yerləşən Nanqarhar vilayətinin mərkəzi Cəlalabad Şəhərində seçki məntəqəsinə bombalı hücum olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Nanqahar valiliyinin sözçüsü Ataullah Noqyani bombanın üçtəkərli motosikletə yerləşdirildiyini bildirib. Terakt nəticəsində 6 nəfər yaralanıb. 
Yaralananlar dərhal xəstəxanaya çatdırılıb, vəziyyətlərinin stabil olduğu bildirilir.
Hələlik heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.
Qeyd edək ki, oxşar hadisə ötən həftə paytaxt Kabildə də baş vermiş, hadisə nəticəsində 57 nəfər həyatını itirmişdi.