Xəbər lenti

Cəmil Həsənli təcili iclas çağırdı
Siyasət06:43 02.09.2013

Cəmil Həsənli təcili iclas çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 2-də saat 11.00-da Müsavat Partiyasının qərargahında toplantı olacaq.

Milli Şuradan "aznews"a verilən məlumata görə, sözügedən toplantı Milli Şuranın vahid namizədi, professor Cəmil Həsənlinin təşəbbüsü ilə baş tutacaq.

Prezidentliyə namizədin iclası keçirməkdə məqsədi ölkədəki mövcud vəziyyəti müzakirə etməkdir.

Qeyd edək ki, toplantıda “El” hərəkatının sədri Eldar Namazov, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, politoloq Zəfər Quliyev, eləcə də başqa müxalifət partiyalarının liderləri iştirak edəcək.

Qaynar.info