Xəbər lenti

Cəmil Həsənlidən yazarlara CAVAB
Siyasət09:17 25.12.2013

Cəmil Həsənlidən yazarlara CAVAB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Gəlin Yazıçılar Birliyini siyasi məsələlərə qoşmayaq"

Bunu Qaynar.info-ya Milli Şuranın sədri, porfessor Cəmil Həsənli Elnur Astanbəylinin istefa çağrışına münasibət bildirərəkən deyib.  

Cəmil Həsənli bildirib ki, Yazıçılar Birliyi ictimai təşkilatdır, ictimai birlikdir, bunun heç bir siyasi yükü yoxdur: "AYB yaradıcı adamları birləşdirən bir təşkilatdır. Təşkilatın heç bir siyasi anlamı olmadığı, siyasi işlərə qoşulmadığı üçün yaxşı olar ki, Yazıçılar Birliyini siyasi məsələlərə qoşmayaq. Mənim Yazıçılar Birliyinin üzvü olub-olmamağım siyasi orientasiya deyil. Bunu müzakirəyə çıxarmasaq yaxşı olar. Mən bunu məqbul hesab etmirəm".

C.Həsənli həmçinin Yazıçılar Birliyinin prezident seçkiləri ilə bağlı bəyanatla çıxış etməsinə də toxunub. O bildirib ki, hər kəsin seçim haqqı var: "Apardığımız mübarizənin mahiyyətində də, məğzində də hər kəsin seçim haqqı tanınır. Və biz heç kəsin seçim haqqına müdaxilə etməməliyik. O ki, qaldı mənim ordan xaric edilməyimə, düzü, bunu düşünmürəm. Amma olsa da, bunu faciə hesab etməyəcəm".

Cəmil Həsənli yazar Seymur Baycanın "Mədəniyyət sahəsində prinsipial olmayan şəxsin, siyasi səhnədə prinsipial ola bilməz" fikrinə də münasibət bildirib: "Mən prinsipiallığı sahələrə bölmək istəmirəm. Amma  özümü həyatda bütün sahələrdə prinsipial adam hesab edirəm".

Xatırladaq ki, tanınmış şair, köşə yazarı Elnur Astanbəyli Milli Şuranın sədri, prezidentliyə keçmiş namizəd Cəmil Həsənliyə çağırış edib. O, Cəmil Həsənlini Azərbaycan Yazıçılar Birliyindən (AYB) istefa verməyə çağırıb. Yazar çağırışı "Azadlıq" qəzetinin bu gün dərc olunan sayındakı köşə yazısı vasitəsilə edib. Elnur Astanbəylinin bu fikrinə digər yazarlar Seymur Baycan və Rasim Qaraca da qoşulub.

Elkin Xəlilov
Qaynar.info