"Cəmiyyət olaraq İran mallarının boykotuna başlamalıyıq. Cəmiyyət bunu tələb etsə, proses ölkədə geniş rezonans doğuracaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev İran rejiminin ölkəmizə qarşı son zamanlar başladığı həyasız əməllərinə cavab olaraq, Azərbaycanın bu ölkədən gələn mal və məhsulları boykot etməsinin vacibliyindən danışarkən deyib.
"Tehranın bu həyasız addımları fonunda ona cavab olaraq İrandan Azərbaycana gətirilən malları boykot etməliyik. Buna bir sıra əsaslarımız da var.
İranın Azərbaycana göndərdiyi məhsulların əksəriyyəti geni modifikasiya olunmuş mallardır. Digər tərəfdən, İran uzun müddətdir ki, Azərbaycana narkotik maddələr ötürməklə gənclərimizi zəhərləyib. Başqa bir tərəfdən, Tehran şiə təriqəti adı altında Azərbayanda qarşıdurma yaratmağa çalışır. İş o yerə çatıb ki, onlar şəhid ailələrini də istismar etməyə başlayıb. Azərbaycan bu fonda İranın addımlarına cavab olaraq bu ölkədən gələn mallardan imtina etməlidir”, deyə politooq bildirib.
Həmsöhbətimizin fikrincə, İran mallarından imtina dövlət səviyyəsində deyil, cəmiyyət müstəvisində həyata keçirilməlidir:
"Dövləti prosesə qatmamalıyıq. Boykotu cəmiyyət səviyyəsində həyata keçirməliyik. Biləsuvardan Astaraya qədər ancaq İran malları satmaqla məşğuldurlar. İranın sarı kartofunu ölkəmizdə Cəlilabad kartofu adı ilə satırlar. Cəmiyyət olaraq İran mallarının boykotuna start verməliyik. Cəmiyyət bunu tələb etsə, proses ölkədə geniş rezonans doğuracaq. İranın aqressivləşməsi, ağılını itirməsi onun, ermənilər kimi zəif olmasının göstəricisidir”.
Rüfət Sultan