Xəbər lenti

İdman 18:25 30.11.2023

Çempion güləşçimiz: "Qələbəmi şəhidlərimizə həsr edirəm"

Bakıda hərbçilər arasında keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanan Hacı Əliyev təəssüratlarını paylaşıb.
 
Qaynarinfo-nun məlumatına görə, yarışda 70 kq çəki dərəcəsində mübarizə aparan güləşçi şəxsi İnstaqram hesabından çempionluğu barədə paylaşım edib: 
 
"Bakıda hərbçilər arasında keçirilən dünya çempionatında qızıl medal qazandığım üçün çox sevinirəm. Medallarım sırasına bu gözəl mükafatı da əlavə etdim. Bu yarışın keçirilməsində əziyyəti olan hər kəsə, başda Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə minnətdarlığımı bildirirəm. İdmanımız və idmaçılarımız üçün yaradılan şəraitə görə cənab Prezident İlham Əliyevə bir daha ürəkdən təşəkkür edirəm. Bu gözəl qələbəmi şəhidlərimizə həsr edirəm. Yaşasın Azərbaycan".
 
Əliyevdən başqa, Azərbaycanın daha üç güləşçisi - Əli Rəhimzadə (65 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) yarışın ilk günündə çempion olub.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->