Məşhur müğənni paparatsilərin kameralarına tuş gəlib
Dünyaca məşhur müğənni uşaqlarını rəqs kursuna apararkən yolda köynəyini çıxarıb, sonra isə yenidən geyinib.
ANS PRESS-in məlumatına görə, bununla məşhur ulduz bir müddətdir çalışıb əldə etdiyi qarın əzələlərini hər kəsə göstərib. Bir-birinin ardınca çıxdığı turneləri və American Idol müsabiqəsindəki münsiflər heyətində işi ilə gündəmdə olan Cennifer Lopez Kaliforniyada obyektivlərə tuş gəlib.
Gözəl müğənni Mark Entoni ilə evliliyindən dünyaya gələn uşaqları Max və Emmeyi rəqs kursuna aparkən paparatsilərin obyektivinə tuş gəlib. Lopez küçədə gedərkən köynəyini çıxarıb və yenidən geyib. 45 yaşlı iki uşaq anası Cennifer Lopez möhkəm qarın əzələləri ilə diqqət çəkib.