Cənubi Kipr Respublikasının Ədliyyə Naziri Yannis Nikolau istefa verib.
Qaynarinfo xəbər verir ki, Nikolau istefasını prezident Nikos Anastasiadisə təqdim edib. Addımın səbəbi 35 yaşlı yunan hərbçinin 3 il ərzində 7 xarici qadın və qız uşağını qətlə yetirdiyini etiraf etməsidir. Bu günə qədər 4 qurbanın cəsədi tapılıb.
Hadisənin aşkara çıxması ölkədə böyük etiraz dalğasına səbəb olub.
Gülşən