Cənubi Koreya Rusiya Mərkəzi Bankı ilə bütün əməliyyatları dayandırdığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qərar Ukraynaya hərbi müdaxiləyə cavab olaraq qəbul edilib.
Cənubi Koreya hökumətlə məsləhətləşmələrdən sonra yeni sanksiyalarla bağlı ətraflı məlumat verəcək. Seul qərarı ABŞ və Rusiyaya qarşı sanksiyalar tətbiq edən digər ölkələrə çatdıracaq.
Bundan əvvəl Cənubi Koreya Rusiyanın yeddi bankına, o cümlədən Sberbank, VTB və VEB-ə qarşı sanksiyalar tətbiq edib.
Alpər