Xəbər lenti

Cənubi Koreya: Şimali Koreyanın 20-60 ədəd nüvə silahı var
Dünya08:29 02.10.2018

Cənubi Koreya: Şimali Koreyanın 20-60 ədəd nüvə silahı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Koreyanın birləşmə naziri Cho Myoung-gyon Şimali Koreyanın nüvə silahı ehtiyatı barədə danışıb.
Qaynarinfo xəbər verir ki, nazir Şimali Koreyanın 20-60 ədəd nüvə silahına sahib olduğunu təxmin etdiklərini açıqlayıb. Cho həmçinin bildirib ki, bu faktlar Cənubi Koreyanın Şimalı nüvə dövləti kimi tanıması demək deyil.
Qeyd edək ki, ötən ay iki ölkə lideri Şimali Koreyanın paytaxtı Pxençanda görüş keçirdi. Tərəflər Koreya yarımadasının silahsızlaşdırılması üçün daha çox çalışacaqlarını açıqladı.
Gülşən