Xəbər lenti

Cənubi Koreya və ABŞ-dan ortaq təlim
Dünya10:31 04.12.2017

Cənubi Koreya və ABŞ-dan ortaq təlim

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Koreya və ABŞ Şimali Koreyanın sonuncu raket sınağından 1 həftə sonra ortaq hərbi təlimə start verib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, "Vigilant Ace" adını alan və cümə gününə qədər davam edəcək təlimdə 230 təyyarə, 6 ədəd "F22 Stealth Raptor", "F5" və çox sayda 5-ci nəsil hərbi təyyarələrin iştirak edəcəyi bildirilir. 
Təlimdə 12 min ABŞ dəniz piyada və donanma əsgərləri Cənubi Koreya ordusu ilə birgə çıxış edəcək. 
ABŞ-ın verdiyi açıqlamada bildirilir ki, təlim Koreya yarımadasında müharibəyə hazır olma vəziyyəti və qabiliyyətlərinin artırılması məqsədi daşıyır.
Şimali Koreya mediası bu addımın iki ölkə arasındakı gərginliyin artırılmasına xidmət edəcəyini deyib.
Koreya Sülh Birliyi Komitəsi adlı Şimali Koreya təşkilatı ABŞ prezidenti Donald Trampı dəli adlandırıb və adadakı həssas vəziyyəti daha da pisləşdirməkdə ittiham edib.
Gülşən