Koronavirusla mübarizə tədbirlərinin yumşaldılmasından sonra Cənubi Koreyada yoluxma sayında artım müşahidə edilib.
Qaynarinfo xəbər verir ki, bu səbəbdən əyləncə məkanlarının yenidən bağlanması barədə qərar qəbul edilib. Bu barədə açıqlama verən Seul şəhərinin bələdiyyə sədri Park Von Sun qaydaları pozan müəssisələrin sərt şəkildə cəzalandırılacağını deyib.
Qeyd edək ki, Cənubi Koreyada bu vaxta qədər 10 mindən çox insanda virus müəyyən edilib, 256 nəfər kovid-19 səbəbindən həyatını itirib.
Camal