Xəbər lenti

Cənubi Koreyada quş qripi epidemiyası dayandırıldı
Dünya06:02 25.05.2021

Cənubi Koreyada quş qripi epidemiyası dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koreya Respublikasında iki ay ərzində yüksək patogenli quş qripi ilə bağlı yeni heç bir hadisə qeydə alınmayıb. Bu, iqtisadiyyata ciddi ziyan vuran epizootiyanın bitdiyini göstərir. 
Qaynarinfo xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Qida Nazirliyinin açıqlamasında bildirilib.
Nazirlik əlavə edib ki, aprelin 1-dən bəri ölkədə vəhşi quşlar arasında, aprelin 6-dan isə ev quşları arasında yüksək patogen H5N8 qripi hadisəsi olmayıb.
Xatırladaq ki, keçən ilin noyabr ayında Cənubi Koreyadakı fermalarda 109 H5N8 hadisəsi qeydə alınmışdı. Ölkədə virusun yayılma təhlükəsi səbəbindən təxminən 30 milyon baş quşu məhv etməli olmuşdular.
Alpər