Xəbər lenti

Cənubi Koreyada quş qripi həyəcanı
Dünya11:31 03.01.2018

Cənubi Koreyada quş qripi həyəcanı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Koreyanın paytaxtı Seulun 240 km cənub-qərbində yerləşən Gochang bölgəsindəki ördək fermasında H5N6 tipli quş qripi tapılıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 2017-ci ilin 20 noyabr tarixində də həmin fermada bu virus aşkarlanmışdı. Həmin gündən bəri 654 min ev quşu tələf edilib. Virusun tapılmasından sonra 48 saat ərzində quş ətinin satışı qadağan edilmişdi.
Ölkədə ötən il milyonlarla heyvan bu virus təhlükəsinə görə məhv edilib. 
Qeyd edək ki, quş qripi ilk dəfə 2004-cü ildə Çin, İndoneziya, Cənubi Koreya, Hon Konq, Yaponiya, Vyetnam və Laosda ev quşları arasında müşahidə edilib.
Gülşən