Xəbər lenti

Çernobılın təcrid zonasındakı canavarlarda xərçəngdən ölməməyə imkan verən genlər tapıldı
Dünya 23:17 10.02.2024

Çernobılın təcrid zonasındakı canavarlarda xərçəngdən ölməməyə imkan verən genlər tapıldı

Çernobıl Atom Elektrik Stansiyasının (AES) təcrid zonasında yaşayan canavarların xərçəngdən sağ qalmasına imkan verən genom var. 

Qaynarinfo xəbər verir ki, bu barədə Prinston Universitetinin bioloqu Kara Lavın İnteqrativ və Müqayisəli Biologiya Cəmiyyətinin saytında dərc olunmuş araşdırma məqaləsində deyilir.

Araşdırma artan xərçəng riskinə davamlı görünən canavar genomunun spesifik bölgələrini müəyyən edib.

Qeyd edək ki, Ukraynanın şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda 1986-cı il 26 aprel tarixində qəza baş verib. Yaralıların ümumi sayı mübahisəli bir məsələ olaraq qalır. Yayılan radiasiya nəticəsində ölüm sayının təxminləri, bir BMT araşdırmasında 4.000-dən, "Greenpeace" araşdırmasında göstərilən 200.000-ə qədər dəyişir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->