Xəbər lenti

Çexiya 2023-cü ilin martına qədər rusiyalılara viza verilməsini dayandırdı
Dünya05:51 23.06.2022

Çexiya 2023-cü ilin martına qədər rusiyalılara viza verilməsini dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyası və Belarus vətəndaşlarına 2023-cü ilin mart ayına qədər Çexiyaya daxil olmaq üçün vizalar, habelə respublikada uzun müddət qalmaq üçün icazələr verilməyəcək. 
Qaynarinfo xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Departamentin məlumatına görə, hökumət Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün Rusiya Federasiyası və Belarus hakimiyyətinə təzyiq göstərmək, eləcə də Çexiyanın təhlükəsizliyinin maraqları naminə müvafiq qərar qəbul edib.
Qeyd olunur ki, humanitar hallar istisna olacaq.
Artıq Çexiyada uzunmüddətli qalmaq icazəsi olan Rusiya Federasiyası və Belarus vətəndaşları bu icazənin müddətinin uzadılması üçün müəyyən edilmiş qaydada müraciət edə bilərlər.
Alpər