Dünya 18:50 07.05.2023

Çexiya prezidenti Ukraynaya xəbərdarlıq etdi: "Bu il başqa şans olmayacaq"

Əvvəllər NATO-nun baş hərbi müşaviri olmuş, istefada olan general, Çexiya prezidenti Petr Pavel Ukrayna rəhbərliyini ağır nəticələrə səbəb olacaq tələsik əks-hücuma qarşı xəbərdar edib.

Qaynarinfo xəbər verir ki, prezident bu barıdı Böyük Brtitaniya kralının tacqoyma mərasimində iştirak etmək üçün yollandığı London səfəri zamanı danışıb.

Petr Pavel "qoşunlar tam hazır olana qədər sürəti artırmamağa” çağırıb: "Aydındır ki, onlar hələ də hiss edirlər ki, əməliyyatı uğurla başlamaq üçün əllərində hər şey yoxdur. Əks-hücum uğursuz olarsa, bu, Ukrayna üçün çox zərərli olacaq. Çünki onların heç olmasa bu il başqa şansları olmayacaq”.

Onun sözlərinə görə, Ukrayna qüvvələri nə qədər güclü olsa da, qaçılmaz olaraq "dəhşətli itkilərlə" üzləşəcək və hücumun uğursuz olmasına imkan vermək olmaz: "Bunun üçün kadr, döyüş sursatı, yanacağın maliyyələşdirilməsi baxımından çoxlu tələblər var. Bu il yalnız bir şans olacaq, ona görə də uğurlu olmalıdır".

Paul həmçinin Qərb ölkələrini ümumi qələbədən başqa nəticələrə hazır olmağa çağırıb: "Biz ukraynalıları həvəsləndirmək və uğur əldə etməkdə onlara dəstək olmaq üçün əlimizdən gələni etməliyik. Lakin daxildə biz digər gözlənilməz hallara da hazır olmalıyıq".

"Onların (rusların) kifayət qədər canlı qüvvəsi var, köhnə də olsa, bəlkə də az da olsa, kifayət qədər texnikaları var, yenə də çoxlu sayda topları, çoxlu sursatları var. Müdafiə baxımından o qədər də dözülməz deyillər", deyə prezident qeyd edib.

Aydın