Xəbər lenti

Çexiyada qatarlar toqquşdu: 4 ölü, onlarla yaralı var
Dünya05:32 06.06.2024

Çexiyada qatarlar toqquşdu: 4 ölü, onlarla yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çexiyanın mərkəzi hissəsində yerləşən Pardubitse şəhərində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 4 nəfər ölüb, onlarla insan yaralanıb.
Bu barədə "iDNES” portalı fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bəzi yaralıların vəziyyəti ağırdır.
Hazırda hadisə yerinə axtarış-xilasetmə qrupları, 36 yanğınsöndürmə briqadası və helikopter cəlb olunub.
Çexiyanın daxili işlər naziri Vit Rakuşan və nəqliyyat naziri Martin Kupka hadisə yerinə gedib.