Xəbər lenti

Ceyhun Bayramov: “Ermənistanla diplomatik əlaqələrin bərpası üçün əlimizdən gələni edirik”
Siyasət08:09 12.03.2022

Ceyhun Bayramov: “Ermənistanla diplomatik əlaqələrin bərpası üçün əlimizdən gələni edirik”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan xalqı məğlubiyyətdən sonra kədər içindədir”.
"Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində "Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda keçirilən panel müzakirələrində deyib.
"Biz Ermənistana qarşı müsbət addımlar atmağa, səmimi olmağa çalışdıq. Əlbəttə, bu istiqamətdə Türkiyə-Ermənistan əlaqələrinin normallaşması da xüsusi əhəmiyyətə malikdir. Biz diplomatik əlaqələrin bərpası üçün əlimizdən gələni edirik. Qonşuluq əlaqələri regional əməkdaşlıq baxımından çox əhəmiyyətlidir”, - nazir vurğulayıb.