Xəbər lenti

Ciddə bəyanatı: İran Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməlidir
Dünya08:11 17.07.2022

Ciddə bəyanatı: İran Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməlidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ərəb ölkələrinin liderləri Ciddə görüşündə ABŞ-ın Yaxın Şərqdəki strateji tərəfdaşlığının əhəmiyyətini vurğulayaraq, İran İslam Respublikasından Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməyi tələb ediblər.
Qaynarinfo bu barədə DW-yə istinadən xəbər verir.
İyulun 16-da Ciddədə keçirilən görüşdə iştirak edən ölkələrin liderləri İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün "diplomatik səylərin mərkəzi əhəmiyyəti” haqqında bəyanat verib və bildiriblər ki, region "hər hansı bir kütləvi qırğın silahından azad olmalıdır'.'
Bu bəyanat Fars Körfəzi Əməkdaşlıq Şurasının ABŞ prezidenti Co Baydenlə görüşündən sonra dərc olunub. Bu görüşdə İraq, Misir və İordaniya liderləri də iştirak edib.
Onlar İslam Respublikasının agentliyin suallarına və qeyri-müəyyənliklərinə inandırıcı cavab verməməsinə və İranda uranın zənginləşdirilməsinin JCPOA hüdudlarından xeyli kənarda davam etməsinə istinad edirlər. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmiləri dəfələrlə İran hökumətinin agentliklə əməkdaşlıq etməməsini tənqid edib və yaxın gələcəkdə İranın nüvə silahı əldə etməsinə qarşı xəbərdarlıq səsləndiriblər.
Bu ərəb ölkələrinin liderləri terrorizmi pisləməklə yanaşı, terrorizm və ekstremizmlə mübarizədə səyləri gücləndirmək, terror qruplaşmalarının silahlandırılması və maliyyələşdirilməsinin qarşısını almaq, regionun təhlükəsizliyi və sabitliyini təhdid edən bütün fəaliyyətlərə qarşı durmaq istəklərini vurğulayıblar.
Bu bəyanat həm də Co Baydenin "ABŞ-ın müttəfiqlərinin təhlükəsizliyinə daimi sadiqliyinə” vurğu etməsini alqışlayır və Amerikanın Yaxın Şərqdəki "strateji tərəfdaşlığının” əhəmiyyətini vurğulayır.
Aydın