Amerika polisi Çikaqo ətrafında 6 nəfərin ölümü ilə nəticələnən atışmadan sonra bir nəfəri həbs etdiyini bildirib.
Qaynarinfo bu barədə BBC-yə istinadən xəbər
verir.
Məlumata görə, 22 yaşlı ağdərili, silahlı və təhlükəli kimi təsvir edilən Robert Karimonu həbs etmək təxminən altı saat çəkib.
Atışma Çikaqo ətrafında yerləşən Highland Parkda mərasim zamanı baş verib. Mərasim başlayandan on dəqiqə sonra atəş səslərinə görə dayandırılıb.
Atışma zamanı azı 6 nəfər həlak olub, 36 nəfər yaralanıb.
Karimonun reper olduğu deyilir.
YouTube kanalından indi veb-sayt çıxışından çıxarılan videolarda onun dəbilqə və gülləkeçirməz jilet geyindiyi görünür.
M.Arif