Xəbər lenti

Cilalanmamış almaz fantastik qiymətə satılıb
Dünya16:53 10.05.2016

Cilalanmamış almaz fantastik qiymətə satılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kanadanın "Lucara Mining" şirkəti "The Constellation" adlı cilalanmamış almazı 63,1 milyon dollara satıb.

Qaynarinfo.az Trend-ə istinadən xəbər verir ki, 63 milyon dollar indiyə kimi cilalanmamış daş-qaş cəvahirat satışından əldə olunmuş ən böyük məbləğdir.

Almaz 2015-ci ilin payızında Botsvananın Karove yatağında aşkar edilib. Onun çəkisi 813 karatdır (162 qramm). Razılaşmanın şərtlərinə əsasən, "Lucara Mining" bundan sonra cilalanmış almazın satışından üstəlik 10 % mənfəət də əldə edəcək.

"Lucara Mining" şirkətinin digər cilalanmamış almazı 70 milyon dollara qiymətləndirilib. "Lesedi La Rona" adlı almazın çəkisi isə 1109 karatdır.

Qaynarinfo.az