Yunanıstanda çimərlik barı rekord məbləğdə cərimə edilib.
Qaynarinfo "Ekathimerini” qəzetinə istinadən xəbər verir ki, Mikonos adasındakı Panormos bölgəsindəki bir çimərlik barı 32,5 milyon avroya məbləğində cərimə
olunub.
Cərimənin 22,5 milyon avrosu icazəsiz tikililərə, 11 milyon avrosu isə onların fəaliyyətinə görə yazılıb.
Rekord məbləğdə cəriməyə rəğmən, artıq qanunsuz tikililərin sökülməsi ilə bağlı sərəncam imzalanıb. Sənəd ETSN tərəfindən aparılan yoxlamaların nəticələrinə əsasən verilib. Sərəncam 4-11 aprel tarixlərində Ətraf Mühit Nazirliyinin məşhur tətil adasında apardığı yoxlamalardan sonra verilib.
Mülkiyyətçinin 10 gün ərzində söküntü qərarından şikayət etmək hüququ var.
Müfəttişlərin sözlərinə görə, söküləcək ərazilər 500 kvadratmetrdən artıqdır.
Aydın