Son 24 saat ərzində Tayvan Müdafiə Nazirliyi Tayvan boğazı zonasında Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinə məxsus 7 gəmi və 71 təyyarəni qeydə alıb, onlardan 47-si adaya yaxınlaşıb.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə nazirliyin gündəlik hesabatında
deyilir.
İddia olunur ki, Çinin 47 hərbi təyyarəsi eyni vaxtda Tayvan boğazının median xətti adlanan ərazini keçərək adanın cənubundakı hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.
Tayvan ordusu müşahidə üçün gəmilər yerləşdirib, hava patrulunu qaldırıb və zenit-raket sistemlərini yerləşdirib.
Alpər