Xəbər lenti

Çin - ABŞ danışıqlarının növbəti mərhələsi nə vəd edir? (ŞƏRH)
Dünya13:11 24.10.2023

Çin - ABŞ danışıqlarının növbəti mərhələsi nə vəd edir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Görüşün önəmli nəticələrə səbəb olacağını düşünmürəm. İki dövlət arasında ziddiyyətlər olduğu kimi qalacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu ABŞ Prezidenti Co Baydenlə Çin lideri Si Szinpin arasında San-Fransiskoda olması gözlənilən görüşü şərh edərkən deyib.
Ərəstun Oruclu vurğulayıb ki, görüş barədə sadəcə ümumi ifadələr eşidəcəyik, mətbuat vasitəsilə ümumi açıqlamalar verəcəklər:
”Düşünmürəm ki, ABŞ Çini Rusiyadan ayıraraq, öz tərəfinə çəkmək məqsədi qoysun. Bu mümkün  deyil. Məsələ ondadır ki, Çin həm Rusiya, həm də  ABŞ-la kifayət qədər məsafəli davranmaqla müstəqil siyasət yürüdür. Burada söhbət daha çox ABŞ-Çin münasibətlərinin perspektivlərindən gedir. İki dövlət arasında ziddiyyətli məsələlər çoxdur. Tayvan və Cənubi Çin dənizini Pekin özününki hesab etsə də, ABŞ və digərləri həmin ərazini neytral su adlandıraraq, oradan hər kəsin istifadə hüququnu tanıyırlar. Cənubi Çin dənizi və orada yaradılan süni adalar gəmiçilik, daşınma, təhlükəsizlik və loqistika baxımından strateji əhəmiyyət kəsb edir. Görüşdə daha çox bu məsələlərin müzakirəsi gözlənilir”.
Həmsöhbətimizin fikrincə, Çin nə Rusiya, nə də ABŞ-la bir ittifaqda olmayacaq:
 "Çin öz strategiyası və uzunmüddətli planları olan bir dövlətdir. Çinlə ABŞ arasında texnoloji inkişaf məsələlərinə dair də böyük bir ziddiyyət var. ABŞ-ın Cənubi Koreya, Yaponiya və Hollandiyadan ibarət yüksək texnologiyaya malik ölkələrdən ibarət Çinə qarşı yaratdığı koalisiya Pekinin texnoloji inkişafının qarşısını almağa çalışır. Belə bir ziddiyyətlərin olması fonunda ABŞ-ın Çinə öz tərəfinə çəkməyə çalışdığını heç düşünmürəm. Görüşdə söhbət əməkdaşlığın formatlarından gedə bilər, o cümlədən təhlükəsizlik məsələlərindən”. 
Qeyd edək ki, Çinin xarici işlər naziri Van İ Çin bu ölkənin lideri Si Szinpinlə ABŞ Prezidenti Co Bayden arasında San-Fransiskoda olması gözlənilən görüşü müzakirə etmək üçün həftə ərzində Vaşinqtona səfər edəcək. 
Rüfət Sultan