Çin Müdafiə Nazirliyinin nümayəndəsi Tan Kefey bildirib ki, ABŞ-ın nüvə arsenalının modernləşdirilməsi nüvə silahından istifadə həddini aşağı salır. O, ABŞ-ın ABŞ-Böyük Britaniya-Avstraliya Üçtərəfli Təhlükəsizlik Tərəfdaşlığı (AUUKUS) vasitəsilə nüvə silahı yaydığını iddia edir.
Qaynarinfo "Kommersant”a istinadən yazır ki, bu barədə bəyanat Çinin WeChat sosial şəbəkəsində dərc
olunub.
"Dünyanın ən böyük nüvə arsenalına malik olan Birləşmiş Ştatlar nüvə triadasını modernləşdirməyə davam edir, taktiki nüvə silahlarının ön planda yerləşdirilməsi planlarını fəal şəkildə inkişaf etdirir və nüvə silahından istifadə həddini aşağı salır”, - deyə Tan Kefey bildirib.
Onun fikrincə, ABŞ "öz nüvə siyasətini dərindən təhlil etməli və düşünməlidir”. Tan Kefey əlavə edib ki, Çin öz nüvə arsenalını milli təhlükəsizlik üçün lazım olan minimum səviyyədə saxlayır.
Oktyabr ayında Pentaqon ABŞ-ın müdafiə strategiyasına dair illik hesabatını açıqlayəb. Sənəddə əsas təhlükələr güclənən Çin və "hələ də” təhlükəli Rusiya göstərilir. Çin hesab edir ki, hesabat onların siyasətini və hərbi strategiyasını təhrif edir.
Nizami Bağırov