Xəbər lenti

Çin dövlət şirkəti Rusiyaya böyük partiyalarla barıt tədarük edib - NYT
Dünya16:34 23.06.2023

Çin dövlət şirkəti Rusiyaya böyük partiyalarla barıt tədarük edib - NYT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin dövlət şirkəti "Poly Technologies" keçən il Rusiyaya ən azı iki dəfə patron istehsalı üçün barıtın böyük partiyalarını tədarük edib.
Qaynarinfo "The New York Times"a istinadən xəbər verir ki, Rusiya Federasiyasındakı Barnaul Sursat Zavodu Çindən 80 milyondan çox patron istehsal etməyə kifayət edən barıt alıb.
Qeyd olunur ki, "Poly Technologies” artıq raket texnologiyasını yaydığına və İrana dəstək verdiyinə görə ABŞ-ın sanksiyaları altındadır. 
ABŞ dövlət katibi Entoni Blinken Pekinə səfəri zamanı deyib ki, Çin ABŞ-ı Ukraynada istifadə üçün Rusiyaya "öldürücü yardım" göstərməyəcəyinə əmin edib. Bundan əlavə, ABŞ hökuməti "özəl Çin şirkətlərinin Rusiyaya yardım göstərə biləcəyindən" narahatdır, "lakin  birbaşa sübut görmür".
Qeyd olunur ki, Barnaul Sursat Zavodu "Kalaşnikov” avtomatları və snayper tüfəngləri üçün patronlar istehsal edir, həmçinin "Vaqner” qruplaşması üçün təlim bazası ola bilər. Gömrük qeydlərində barıtın "xarici dizaynlı patronların istehsalı üçün” nəzərdə tutulduğu göstərilir.
Qəzetdə hazırda Çin barıtının döyüş patronlarının istehsalı üçün istifadə edilməsinə dair birbaşa sübut yoxdur. Eyni zamanda, aparan ekspertlər əmindirlər ki, bu fərziyyə indiki şəraitdə ən təbiidir.
Aydın