Xəbər lenti

Çin hakerlərinin ABŞ Maliyyə Nazirliyinə hücumda məqsədi açıqlandı
Dünya 13:35 02.01.2025

Çin hakerlərinin ABŞ Maliyyə Nazirliyinə hücumda məqsədi açıqlandı

Çinli hakerlərin ABŞ Maliyyə Nazirliyinə qarşı kiberhücum təşkilində məqsədi, əsasən, ABŞ hökumətinin ölkələrə və qruplara qarşı tətbiq etdiyi sanksiyalarla məşğul olan vacib bir idarə olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Washington Post" Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Adlarının açıqlanmasını istəməyən rəsmilərin bildirdiyinə görə, Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) edilən kiberhücumun əsas hədəfi ABŞ hökumətinin maliyyə sanksiyaları tətbiq edə biləcəyi Çin təşkilatları olub.

Rəsmilər əlavə edib ki, hücum Maliyyə Araşdırmaları İdarəsini də əhatə edib.

Hazırkı və keçmiş rəsmilər qeyd edir ki, hətta məxfi olmayan sənədlər belə Çin kimi rəqib ölkələr üçün çox faydalı ola bilər, çünki bu, hakerlərə ABŞ-ın sanksiya siyasətini necə hazırladığını və potensial hədəfləri müəyyənləşdirdiyini anlamağa kömək edə bilər.

Maliyyə Nazirliyinin nümayəndəsi hər hansı bir şərh verməkdən imtina edib.

Çin Xarici İşlər Nazirliyi isə bu açıqlamaları "əsassız" adlandıraraq Pekinin "hər cür haker hücumlarına qarşı olduğunu" bəyan edib.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Maliyyə Nazirliyi, bəzilərinin işçi sistemlərinə giriş əldə edildiyi kiberhücumun arxasında Çin tərəfindən maliyyələşdirilən bir təşkilatın dayandığını bildirib.

Hadisə bu ayın əvvəlində baş verib. Təhlükəsizlik xidmətlərinin tədarükçüsünü sındıran hücumçu Maliyyə Nazirliyinin sistemlərinə və bəzi qeyri-məxfi sənədlərinə uzaqdan giriş əldə edib, deyə qurumun nümayəndəsi bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->