Xəbər lenti

Çin Rusiyaya öldürücü silahlar verməklə "qırmızı xətti" keçəcək - ABŞ
Dünya05:55 20.02.2023

Çin Rusiyaya öldürücü silahlar verməklə "qırmızı xətti" keçəcək - ABŞ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild bazar günü bildirib ki, Çin Ukraynaya qarşı müharibədə Rusiyaya ölümcül hərbi yardım göstərmək qərarına gələrsə, "qırmızı xətti” keçmiş olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Biz Çinin sülh istədiyi barədə açıqlamasını alqışlayırıq, çünki belə vəziyyətlərdə həmişə buna çalışırıq. Amma biz də aydın bilməliyik: əgər çinlilər və ya başqası Ukraynaya qarşı amansız hücumunda rusiyalılara ölümcül dəstək vermək niyyətindədirsə, bu qəbuledilməzdir, - səfir deyib. – Bu, qırmızı xətt olardı”.
Prezident deyib ki, biz Çini rəqib kimi görürük... Biz onunla rəqabət aparmağa... lazım gəldikdə çinlilərlə qarşılaşmağa hazırıq. Milli maraqlarımızın həmişə birinci yerdə olmasını təmin etmək üçün bundan sonra da bunu edəcəyik”, - ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild yekunlaşdırıb.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken bazar günü Çinin Rusiyaya Ukraynadakı təcavüzü dəstəkləmək üçün istifadə oluna biləcək öldürücü hərbi yardımın göstərilməsi imkanını müzakirə etməsi ilə bağlı mediada yayılan xəbərləri təsdiqləyib.
Nizami Bağırov