Xəbər lenti

Çin Rusiyaya Ukraynaya qarşı müharibədə “qərəzsiz” mövqe tutacağını bildirdi
Dünya07:54 08.08.2023

Çin Rusiyaya Ukraynaya qarşı müharibədə “qərəzsiz” mövqe tutacağını bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin xarici işlər naziri Van İ Rusiya xarici işlər naziri Sergey Lavrova telefon danışığı zamanı bildirib ki, Çin Rusiyanın Ukraynaya qarşı müharibəsinin siyasi həllini tapmağa çalışarkən "müstəqil və qərəzsiz” mövqe nümayiş etdirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.
Qeyd olunur ki, Van İnin Lavrova verdiyi şərhlər bazar ertəsi Çin Xarici İşlər Nazirliyinin bəyanatında açıqlanıb və o, Çinin istənilən beynəlxalq çoxtərəfli forumlarda "obyektiv və rasional səs" olacağını və "sülh danışıqlarını güclü şəkildə təşviq edəcəyini" vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Çin Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya qarşı müharibəsinin sülh yolu ilə həlli üçün həftə sonu Səudiyyə Ərəbistanında keçirilən danışıqların "beynəlxalq konsensusun möhkəmlənməsinə” kömək etdiyini bildirib. Nazirlik Pekinin "12 bənddən ibarət sülh planı əsasında dialoqu gücləndirməyə və "qarşılıqlı etimad toplamağa” davam edəcəyini vəd edib.
Ciddə danışıqları bazar günü başa çatıb və Çin, Hindistan, ABŞ və Avropa ölkələri də daxil olmaqla 40-dan çox ölkə iştirak edib. Rusiya sammitə çağırılmayıb.
Ölkənin xüsusi elçisi və Rusiyadakı keçmiş səfiri Li Hui Çindən Səudiyyə Ərəbistanına səfər edib. O, həmçinin Rusiya təcavüzünün siyasi həlli yollarını tapmaq üçün mayda Kiyev də daxil olmaqla altı Avropa paytaxtına səfər edib.
Fevralın 24-də Çin Rusiya Federasiyasının Ukraynaya qarşı tammiqyaslı müharibəsi ilə bağlı 12 bənddən ibarət "mövqe sənədi”ni dərc edib. Xüsusilə, Pekin ərazi bütövlüyünə hörmət etməyin zəruriliyini bəyan edib, danışıqlara, hərbi əməliyyatları dayandırmağa çağırıb və sanksiyalara qarşı çıxıb.
Nizami Bağırov