Çinin "Dongpo Paper” şirkətinin işçiləri bonuslar almaq üçün ayda 50 km qaçmağa məcbur olurlar.
Qaynarinfo bu barədə "Asia One" nəşrinə istinadən yazır.
"Dongpo Paper" şirkətinin sahibi Lin Ziyonqin sözlərinə görə, bu, onun komanda üçün bonuslara alternatividir. "Dongpo Paper" sahibi işçilərinə aylıq bonusların yeni sistemini təqdim edib ki, onun məbləği işçinin ayda neçə kilometr qaçmasından asılıdır.
Belə ki, ayda 30 km qaçan işçilər maaşlarının 30, 40 km qaçan işçilər 60 faizini əlavə olaraq bonus kimi alacaqlar. 50 km üçün isə bu məbləğ 100 faiz təşkil edəcək.
Hər bir işçinin qət etdiyi məsafə telefondakı proqram vasitəsilə izlənilir. Həvəskar alpinist olan Lin Ziyonq son üç il ərzində işçilərini idman və fitneslə məşğul olmağa təşviq etdiyini deyib.
Lin Ziyonq hesab edir ki, işçilər sağlam olduqda, şirkət uzun müddət mövcud ola bilər.
Aydın