Xəbər lenti

Çin Tramp və Vensə qarşı casusluq əməliyyatı keçirib - FTB araşdırır
Dünya 14:04 26.10.2024

Çin Tramp və Vensə qarşı casusluq əməliyyatı keçirib - FTB araşdırır

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və Kibertəhlükəsizlik və İnfrastruktur Təminatı Agentliyi (CISA) çinli hakerlərin Amerika telekommunikasiyalarına giriş əldə etməsi faktı ilə bağlı araşdırma elan edib

Qaynarinfo xəbər verir ki, kütləvi informasiya vasitələrinin məlumatına görə, söhbət hakerlərin prezidentliyə namizəd Donald Tramp və vitse-prezidentliyə namizəd Ceyms Devid Vensin telefonlarına daxil olmaq istəyindən gedir.

Amerika səlahiyyətlilərinin bəyanatında deyilir ki, FTB "Çin ilə əlaqəli şəxslər"dən zərərli fəaliyyət aşkar edib. Bəyanatda deyilir ki, haker hücumundan əziyyət çəkən təşkilatlar yerli FTB və ya CISA ofisləri ilə əlaqə saxlamalıdırlar.

"Associated Press" mənbələrinin məlumatına görə, çinli hakerlər Donald Tramp və Vensin mobil telefonlarını hədəf alan casusluq əməliyyatı həyata keçirib. Bundan əlavə, hakerlər Kəmalə Harrisin demokrat kampaniyası ilə əlaqəsi olan şəxslərin telefonlarına daxil olmağı planlaşdırıblar.

"The New York Times"ın mənbələri iddia edir ki, indi müstəntiqlər çinli hakerlərin əməliyyatı nəticəsində hansı məlumatların oğurlana biləcəyini öyrənməyə çalışırlar. Nəşrin məlumatına görə, əməliyyat senator Çak Şumerə məxsus cihazları da hədəf alıb. NYT qeyd edir ki, bu, Amerikanın Verizon telekommunikasiya şirkətinin telefon sisteminə müdaxilə ola bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->