Xəbər lenti

Çin Ukrayna müharibəsi ilə bağlı “Sülhün dostları” platforması yaradır
Dünya08:36 27.09.2024

Çin Ukrayna müharibəsi ilə bağlı “Sülhün dostları” platforması yaradır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin və Qlobal Cənub ölkələri "Sülhün dostları” platforması yaratmaq niyyətindədirlər. Bu təşəbbüs Ukrayna müharibəsinin siyasi həllinə yönələcək.
Bu barədə Qaynarinfo Çin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Çinin xarici işlər naziri Van İ BMT çərçivəsində Braziliya prezidentinin baş xüsusi müşaviri Selso Amorimlə görüşüb.
Van İ bildirib ki, Çin, Pakistan və Qlobal Cənubun digər ölkələri Ukraynadakı "böhran”la (Çin Rusiyanın Ukraynaya qarşı müharibəsini belə adlandırır) bağlı "Sülhün dostları” platforması yaratmağa hazırlaşırlar. Çinli nazirin izah etdiyi kimi, "Sülhün dostları” qapalı qrup deyil, açıq platformadır, rəqabətə və qarşıdurmaya can atmır, dialoq aparır.
"Sülhün dostları” obyektiv və rasional səs olmaq məqsədi güdür və Ukrayna məsələsinin siyasi həllində konstruktiv rol oynayacaq”, - deyə bəyanatda bildirilir.
Braziliyanın xüsusi nümayəndəsi Çin və Braziliyanın Ukraynaya qarşı "sülh planı”nı xatırladıb və bunun böyük əhəmiyyət kəsb etdiyini bildirib.
"Hər iki tərəf "sülhün dostları” rolunu oynamaq, ümumi konsensusa nail olmaq və vəziyyəti "soyutmağa” kömək etmək üçün birgə işləməyə davam edə bilər”, - Braziliya prezidentinin müşaviri bildirib.
Nizami Bağırov