Xəbər lenti

Çin Ukraynada müharibə aparmır, amma orada uduzur - Minsin Pey
Dünya06:20 23.02.2023

Çin Ukraynada müharibə aparmır, amma orada uduzur - Minsin Pey

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir il sonra məlum olur ki, Si Cinpinin Ukraynaya müdaxilə ərəfəsində Putini dəstəkləmək qərarı pis "stavka” olub.
Qaynarinfo xbər verir ki, bu sözlər Claremont McKenna kollecində dövlət idarəçiliyi üzrə professor, ABŞ-Çin münasibətləri üzrə Konqres Kitabxanasının ilk sədri Minsin Peyin Bloomberg-də yer alan yazısında deyilir. Həmin yazını təqdim edirik.
...Bir il əvvəl Çin prezidenti Si Szinpinin Rusiya prezidenti ilə "sərhədsiz dostluğu” Pekində çoxları tərəfindən ustalıqla atılmış diplomatik addım kimi qiymətləndirirdi.
Amerikanın gücündən qorxu və narazılıq hissi ilə birləşən Çin və Rusiya liderləri ABŞ və onun müttəfiqlərinə təsirli şəkildə müqavimət göstərə biləcək tərəfdaşlıq qururlar. Lakin Si onların birgə bəyanatının mürəkkəbi qurumamış Putinin Ukraynanı işğal edəcəyini gözləmirdi.
Müharibə Çin liderinin strateji hesablamalarını dəyişdi və nəticədə ola bilsin ki, Çin Rusiya ilə tərəfdaşlıqdan əldə edəcəyini gözlədiyi heç nə əldə edə bilməsin.
Çin Ukraynada müharibə aparmır, amma orada uduzur.
Gəlin, Putinin işğalçılıq müharibəsi nəticəsində Çinin strateji üstünlüklər əldə etdiyini iddia edənlərin, ö cümlədən tanınmış rusiyalı analitiklərin irəli sürdükləri arqumentləri nəzərdən keçirək.
Onlar birincisi, müharibə və Qərbin sanksiyaları ilə zəifləmiş Rusiyanın Çindən həmişəkindən daha çox asılı olduğunu vurğulayırlar.
Bundan əlavə, onlar iddia edirlər ki, münaqişə həm diqqət, həm də xərc baxımından ABŞ-ın diqqətini yayındırıb (ABŞ-ın Ukraynaya yardımı 100 milyard dollardan çox başa gəlib).
Ekspertlərin fikrincə, vəziyyət 11 Sentyabr hücumlarından sonrakı illəri xatırladır. O zaman Corc Buş administrasiyası da "strateji rəqib” adlandırdığı Çinlə qarşı-qarşıya gəlmək niyyətində idi. Sonra ABŞ-ın İraqa müdaxiləsi və Əfqanıstandakı münaqişələr bataqlığı Vaşinqtondakı siyasətçilərin başını qarışdırdı. Çin təxminən iyirmi il davam edən strateji fürsət pəncərəsindən istifadə etdi.
Amma hər iki arqument yanlışdır. Putin hakimiyyətdə qalarsa, Rusiyanın Çindən asılılığı həqiqətən də artacaq. Ancaq 70 yaşlı Putin səhnəni tərk etdikdən sonra Çin-Rusiya strateji birliyinin davam edəcəyini gözləməyin, bu, yaxın 20 ildə baş verəcək, bəlkə də daha tez.
Üstəlik, zəifləmiş Rusiya çətin ki, uzunmüddətli müharibədən sağ çıxa bilsin, ona görə də ABŞ-ın diqqətini uzun müddət yayındırmaq mümkün olmayacaq. Və istənilən halda ABŞ eyni strateji səhvi iki dəfə təkrar etməyəcək.
Geriyə baxsaq, Buş administrasiyası həddən artıq optimist proqnozlarına görə səhv etdi. Dünyanın yeganə fövqəldövləti kimi Amerika İraqa qoşun göndərməyi "yüngül gəzinti” kimi görürdü və daha sonra tez bir zamanda Çini nəzarət altına almağa planlaşdırırdı. Həmin vaxt Çinin ÜDM-si ABŞ-ın təxminən səkkizdə birini təşkil edirdi.
Bu gün Çinin iqtisadiyyatı ABŞ iqtisadiyyatının dörddə üçünü təşkil edir, ABŞ liderlərinin əzəli rəqibinə məhəl qoymamaq dəbdəbəsi artıq yoxdur. ABŞ üzərində uçan Çin casus şarına görə ikipartiyalı etirazlar ABŞ siyasi isteblişmentinin bunu vacib hesab etdiyini göstərir.
Çin üçün Putini dəstəkləməyin üstünlükləri qeyri-müəyyəndir, lakin çatışmazlıqlar aydındır. 
Strateji səviyyədə Çin-Rusiya tərəfdaşlığı Çinin Avropa ilə əlaqələrinə düzəlməz zərər vurdu. Müharibədən əvvəl Çin böyük Avropa güclərini ABŞ-la artan rəqabətdə neytral saxlamaq üçün real şansa malik ola bilərdi. Amma Rusiya ilk atəşi açan kimi Avropa ölkələri başa düşülən şəkildə Çini Rusiyanın təcavüzündə şərik kimi gördülər. Eyni zamanda, Vaşinqtonun Ukraynaya sarsılmaz dəstəyi ABŞ-ın Avropada sülh və təhlükəsizliyin təmin edilməsində əvəzsiz rolunu bir daha nümayiş etdirdi.
Müharibə Aİ-ni ABŞ-a yaxınlaşdırıb və Çindən uzaqlaşdırıb.
Rusiyanın işğalı Çinin Tayvanda mövqeyini də sarsıtdı. Hələ müharibə başlamazdan əvvəl çox az adam Çinin adaya səbəbsiz hücumunun mümkün olduğuna inanırdı və Putinin təcavüzü qorxuları artırdı. Onların nə dərəcədə real olması artıq vacib deyil, lakin Tayvanın taleyinə diqqət yetirilməsi Çinin maraqlarına böyük ziyan vurub.
Dəstəklərini göstərmək istəyən qərblilər Çinin yorulmadan inkar etməyə çalışdığı Tayvanın beynəlxalq nüfuzunu və statusunu yüksəltdi. Ən pisi isə, müharibə perspektivi ABŞ-ın Tayvanı dəstəkləmək səylərini gücləndirdi və həmçinin Yaponiyanı növbəti beş il ərzində hərbi xərclərini iki dəfə artırmağa sövq etdi.
Çin üçün strateji və iqtisadi xərclər yalnız artacaq. Si Szinpinin indi Putinin yanında qalmaqdan başqa çarəsi yoxdur. İndi Moskvada bundan imtina etmək bağışlanmaz xəyanət kimi qəbul ediləcək, lakin bunun Avropa ilə əlaqələrə az təsiri olacaq.
Bundan əlavə, Çin dəstəyinin dayandırılması Putinin Ukraynadakı məğlubiyyətini sürətləndirə bilər ki, bu da ABŞ-ın diqqətini sürətlə Çinə yönəltməsinə şərait yaradacaq.
Si hadisələrin gedişatına görə strateji dilemma tələsinə düşüb. Onun "usta addım” getdikcə daha çox uduzmuş mərc kimi görünür.
Nizami Bağırov